Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsində dayanır- ÖZƏL
14:48 Siyasət"44 günlük müharibə dövründə rəşadətli Azərbaycan Ordusu inamla irəliləyərək 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi və bununla da xalqımızın şanlı tarixini yazdı". "Olaylar" xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib: "Şuşa əməliyyatı Azərbaycan xalqının birliyinin, ordumuzun qəhrəmanlığının və dövlət rəhbərliyinin qətiyyətinin rəmzidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 8 Noyabr "Zəfər Günü" elan edilərək əbədiləşdirilib. Azərbaycan xalqı bu günü daim böyük qürur və iftixarla qeyd edəcək. 44 günlük Vətən müharibəsi xalqımızın yenilməzliyini və ordumuzun peşəkarlığını bir daha sübut etdi. Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı Prezident İlham Əliyevin sərkərdəlik bacarığının və xalqın iradəsinin təntənəsidir. Düşmənin "məğlubedilməz ordu" mifini darmadağın edən qəhrəman əsgər və zabitlərimizin adları xalqımızın yaddaşına əbədi həkk olunub".
 
    