Konstitusiya ölkənin inkişaf strategiyasını müəyyən edib- ÖZƏL
14:17 Siyasət"1990-cı illərin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verib". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürüb, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən edib, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaradıb. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin gələcəyə inam və quruculuq dövrünün təzahürüdür. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Konstitusiyanın mahiyyətinə uyğun olaraq hüquqi dövlət və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğal altındakı torpaqları azad etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib. Bu zəfərlər müasir tariximizin ən parlaq səhifəsini təşkil edir və xalqın dövlətinə olan sonsuz inamının, milli həmrəyliyinin təntənəsidir".
 
    