Ceyhun Bayramov Peter Siyyarto ilə görüşüb
13:30 SiyasətAzərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Səmərqənddə UNESCO Ümumi Konfransı çərçivəsində macar həmkarı Peter Siyyarto ilə görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Naziri öz rəsmi "X" səhifəsində paylaşım edib.
"Görüşdə Azərbaycanla Macarıstan arasında davam edən əməkdaşlığı müzakirə etdik və regional və qlobal inkişaflarla bağlı fikir mübadiləsi apardıq. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və regional sülh və sabitliyin irəlilədilməsinə olan sadiqliyimizi bir daha təsdiq etdik" ,-deyə məlumatda qeyd olunur.



                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    