Simonyan: Bakı ilə münasibətlərdəki buz əriməlidir – ÖZƏL
13:00 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində "Bakı ilə münasibətlərdəki buz əridilməlidir" fikrini səsləndirib.
O, Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirak etmək niyyətində olmaması barədə yayılan məlumatları şərh edərkən, azərbaycanlı həmkarının ona Ermənistan Respublikasına gəlişlə bağlı problem olmadığını, Avronest iclasında iştirak etməməsinin isə qurumla əlaqəli olduğunu bildirdiyini qeyd edib.
Simonyan Ermənistanın sammitdə bütün prezidentlərin iştirakını gözlədiyini vurğulayıb. O, Azərbaycan və Türkiyə prezidentlərini ayrıca qeyd etməyin "yersiz" olduğunu bildirib, "Onlar bizim qonşularımızdır" deyib. Spiker, həmişə sammitdə iştirak edən bütün ölkələrin bu əhəmiyyətli tədbirə gələcəyinə əminliyini ifadə edib.
Simonyan, azərbaycanlı nümayəndə heyətlərinin Ermənistana, erməni nümayəndə heyətlərinin isə Azərbaycana gedəcəyinə əmin olduğunu bildirib. O, həmçinin problemli məsələlərin olduğunu, ilk növbədə Azərbaycanda saxlanılan əsirlər məsələsinin vacib olduğunu qeyd edib.
Simonyan, "Əlaqələr davam edəcək və dərinləşəcək. "Biz"dedikdə, mənim təəssüratlarıma görə, bu fikri azərbaycanlı həmkarlar da bölüşür" deyib.
Milli Məclis sədri, "Buz sındırılmalıdır, ən azından parlamentlərarası səviyyədə problemi tezliklə həll etmək niyyətindəyik" deyərək fikrini yekunlaşdırıb.
 
    .jpg)