Cənubi Qafqazda uzunmüddətli sülh və tərəqqi üçün möhkəm təməl yaradılıb- ÖZƏL

"Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqları başlanmışdır. Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyü prinsiplər əsasında aparılmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Avqust ayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində əldə olunmuş razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun mərhələsini təşkil etmişdir. Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılmışdır. İnamla söyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31