Dövlətin gücü, həm də ölkə vətəndaşlarının həmrəyliyindədir-Spiker- ÖZƏL

"Vətən müharibəsində qazanılmış Zəfərin hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli ruhumuzun dirçəlişini ifadə edir. Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət hissindədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Son illərin hadisələri də göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını bərpa etməyə qadirdir. 
Ölkəmizin işğaldan azad edilmiş bölgələri bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlamışdır.  
Üç gün öncə möhtərəm Prezident İlham Əliyevin  Cəbrayıl və Zəngilana səfərini biz hamımız qürurla izlədik. Dövlət başçısının iştirakı ilə bu rayonlarda bir neçə müasir yaşayış kompleksinin təməli qoyuldu, ən yüksək standartlara uyğun gələn yeni kəndlərin açılışı oldu. Möhtərəm Prezident kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31