Gənclərə Zəfərin mənəvi dəyəri düzgün şəkildə aşılanmalıdır- ÖZƏL
12:12 Siyasət"44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın dövlətçilik ənənələrinin gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə xalqın birliyi, iradəsi və qəhrəmanlığı sayəsində qazanılmış böyük nailiyyətdir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Gənclərə bu Zəfərin mənəvi dəyəri düzgün şəkildə aşılanmalı, onlarda vətənpərvərlik ruhu və dövlətçilik anlayışı möhkəmləndirilməlidir. Vətən müharibəsində qazanılan Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də şəhidlərimizin ruhuna olan dərin ehtiramın və xalqımızın milli qürurunun təcəssümüdür. Belə mötəbər günlərin- xüsusən Qələbənin 5-ci ildönümünün qeyd edilməsi gənc nəslin tarixi yaddaşının güclənməsinə, dövlətçilik və milli dəyərlərə hörmət hissinin formalaşmasına xidmət edir".
 
    