YAP Azərbaycanın ən güclü siyasi təşkilatına çevrilib- ÖZƏL
11:44 Siyasət"Şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası ölkənin sürətli inkişafında, beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan nailiyyətlərdə mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Yeni Azərbaycan Partiyası ölkəmizin hər bir uğurunda öz payına malikdir. Heydər Əliyevin memarı olduğu bu partiya təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə töhfə verir. Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən güclü siyasi təşkilatına çevrilib. YAP sıralarında birləşən vətəndaşlar Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamçılarıdır".
 
    