MM-də keçirilən beynəlxalq konfransa 7 beynəlxalq təşkilatın təmsilçisi qatılıb- ÖZƏL
11:35 SiyasətOktyabrın 29-da Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransda 20-dək ölkənin parlament nümayəndə heyətləri iştirak edib. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Tədbirdə 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak etmişdir. Konfransda "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda çıxışlar edilmişdir. Qeyd edim ki, bu konfrans "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi".
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    