Almatıda MDB MNŞ-nin iclası başlayır

Bu gün Almatıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

"Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan müdafiə nazirliklərinin rəhbərləri və MDB Müdafiə Nazirləri Şurasının katibi artıq Almatıya gəlib. Görüşdən sonra 2026-cı il üçün birgə iş planının və hərbi əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır", - məlumatda deyilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31