Makron Paşinyanı təbrik etdi: Bakı ilə sülh...

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Axar.az xəbər verir ki, görüş N.Paşinyan 29-30 oktyabr tarixlərində Fransaya işgüzar səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, Paşinyan səfər çərçivəsində 8-ci Paris Sülh Konfransında iştirak edib.

***

Makron Paşinyanı Azərbaycanla sülhün qurulması münasibətilə təbrik edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

E.Makron və N.Paşinyan TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsinin təfərrüatlarını və Cənubi Qafqazda kommunikasiyaların açılması üçün görülən addımları müzakirə ediblər.

Onlar həmçinin iqtisadiyyat, infrastruktur və humanitar layihələr sahəsində Ermənistan və Fransa arasında ikitərəfli münasibətləri, regional əhəmiyyət kəsb edən məsələləri, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafını müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31