Trampla Si Cinpin görüşü nə vəd edir? - ÖZƏL
12:05 SiyasətABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında Cənubi Koreyada keçirilmiş görüş və onun mümkün nəticələri nə vəd edir?
1. Trampla Cinpinin danışıqları ABŞ və Çin arasındakı geosiyasi rəqabətin doğurduğu beynəlxalq və regional riskləri nisbi olaraq stabilləşdirmək zərurətindən irəli gəlirdi. Buna görə də ABŞ və Çin bu rəqabəti idarə etməyi kritik məqsəd kimi ortaya qoyurlar. Liderlərin yanaşması daha çox ABŞ ilə Çini müvəqqəti sövdələşmə əsasında hərəkət sahəsi müəyyənləşdirməyə yönəlib.
Lakin:
- ABŞ ilə Çinin əməkdaşlıqla rəqabətin sərhədlərini müəyyən edəcək sabitləşmə mexanizmləri tapacağına ümidlər olsa da, tərəflərin strateji rəqabəti əsasən Asiyada şişə bilmək ehtimallarından uzaq deyil. Nəzərə alanda ki, son zamanlar ABŞ diplomatiyasının fəallığı nəticəsində Çin Yaxın Şərqdəki proseslərdən sıxışdırılmış kimi görünür, o zaman Pekin rəqibinə qarşı Asiyada başqa kart oynaya bilər.
- Vaşinqton Pekinə Tayvana müdaxilə üçün "yaşıl işıq" yandırsa belə, Ağ Ev bunun gələcəkdə rəqibini cilovlamaqda çətinlik yaradan akt kimi nəzərə alacaq.
2. ABŞ ilə Çin - hər ikisi - Rusiyanın ambisiyalarını nəzarət altına ala biləcək oxşar düşüncəyə sahibdirlər. Lakin Çinin Rusiyanı cilovlamaq səyləri fərqli, ABŞ-nin strategiyası isə fərqli məntiqə söykənir.
Vaşinqtonla Pekin Ukraynadakı müharibənin nəticələrini gözləyərkən bu məntiqlərin hansı formada dəyişikliyə məruz qala biləcəyini də hesablayırlar. Rusiya isə ABŞ-dən fərqli olaraq "müttəfiqi" Çinə qarşı kəskin mövqedə dayana bilmir.
Görünür ki, Rusiya Çinin məqsədlərini aydınlaşdırmağa və onun maraqlarını daha çox Ukraynadakı hərbi kampaniyanın nəticələrinə uyğunlaşdırmağa cəhd edir.
3. ABŞ-Çin danışıqlarının nəticələrindən söz açarkən, Cənubi Qafqaz, Mərkəzi Asiya regionları arasındakı nizamlama tətbiqinin məzmununa baxa bilərik. Ehtimalla:
1. ABŞ ilə Çin Cənubi Qafqazda TRIPP marşrutu (Zəngəzur dəhlizi) üzrə əməkdaşlıq nümunəsi yaradıb, onu intensivləşdirmək və dəhlizin xarakterini Mərkəzi Asiyada möhkəmləndirmək istəyindədirlər.
Çinin TRIPP marşrutuna qarşı kəskin mövqedə dayanmaması onun Azərbaycanın iştirak etdiyi layihədə ABŞ-nin iştirakına etibar etdiyini göstərə bilər. Bu mənada, Trampla Cinpinin 2 saata yaxın davam edən görüşündə Cənubi Qafqaz müzakirə masasında olubsa:
- Pekin ABŞ-nin Cənubi Qafqazdakı iştirakı və onun məqsədlərini rədd edən xəttin tərəfdarı olmadığını göstərib,
- Zəngəzur dəhlizinin ABŞ ilə Çinin tədrici yaxınlaşmasına stimul verən komponent olduğunu liderlər bir-birlərinin diqqətinə çatdırıb...
Aqşin Kərimov
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı