“Biz dünya şöhrətli Prezidentimizin ətrafında sıx birləşməli, ona dəstək olmalıyıq”- ÖZƏL

"Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətləri danılmazdır. Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz nailiyyətlər qazanıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib: "Möhtəşəm Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirilir və "Böyük Qayıdış" proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ölkəmizdə davamlı inkişaf prosesini təmin edib. 
Dövlətimizin başçısına ABŞ Prezidenti Donald Tramp və digər nüfuzlu şəxsiyyətlər tərəfindən göstərilən yüksək diqqət və hörmət tədqirəlayiqdir. Biz hər zaman olduğu kimi bu gün də dünya şöhrətli Prezidentimizin ətrafında sıx birləşməli, öz fəaliyyətimizlə ona dəstək olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31