Zəfər Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir- ÖZƏL

"44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.  Bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Zəfər Gününün mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. Qazanılmış Zəfər gələcək nəsillər üçün vətənə xidmət nümunəsi kimi əbədiləşəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31