Deputatımız MDB PA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı Bəxtiyar Əliyev  Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Elm və təhsil üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda "MDB iştirakçısı olan dövlətlərdə gənc istedadların inkişafı və dəstəklənməsi üçün normativ hüquqi bazaya dair tövsiyə layihələri haqqında", "Uşaqların təhsili və tərbiyəsində valideyn məsuliyyəti haqqında" model qanunun layihələrinə və digər məsələlərə baxılacaq.
Səfər noyabrın 1-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31