Putin: Daha çox balıq yeyin – uzunömürlülüyün sirri dəniz məhsullarındadır

Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarını balıq məhsullarını daha çox istehlak etməyə çağırıb.

Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hazırda rusiyalıların illik orta balıq istehlakı cəmi 24 kiloqram təşkil edir ki, bu da sağlam qidalanma üçün kifayət qədər deyil.

"Balıq və dəniz məhsulları sağlamlığın və uzunömürlülüyün açarıdır. Onların istehlakının artırılması insanların ömrünün uzanmasına müsbət təsir göstərəcək," - deyə Putin vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31