Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan
16:17 SiyasətErmənistan və Azərbaycan arasında bütün sahələrdə intensiv təmaslar mövcuddur və danışıqların tempi pis deyil.
Olaylar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan deyib.
Onun sözlərinə görə, sərhədlərin demarkasiyası, xarici siyasət və təhlükəsizlik məsələləri müzakirə olunur:
"Nəticələr tədricən ictimaiyyətə açıqlanır, məsələn, Azərbaycanın Ermənistan mallarının daşınmasına qoyulan qadağanı ləğv etməsi kimi. Danışıqların əsas məqsədi sülh müqaviləsinin imzalanması olaraq qalır". (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31