Vüqar Bayramov Beynəlxalq Elmi Simpoziuma qatılacaq- ÖZƏL
29 Oktyabr 15:18 SiyasətMilli Məclsin deputatı Vüqar Bayramov Qazaxıstana səfər edib. "Olaylar" xəbər verir ki, millət vəkili Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Elmi Simpoziuma qatılacaq. İnsan Kapitalı üçün İnvestisiya üzrə Beynəlxalq Elmi Simpozium Maqsut Narikbayev Universitetinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə insan kapitalının inkişafı ilə bağlı region dövlətlərində reallaşan islahatlar müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31