Erməni barbarlığının viran qoyduğu torpaqlarımıza həyat qayıdır- ÖZƏL

"Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi işğal və azadlığı özündə ehtiva edən mühüm reallıqdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Sözsüz ki, bu gün işğaldan azad edilən rayon və şəhərlərimiz kimi Qubadlı da yeni dövrünü yaşayır. Erməni barbarlığının dağıtmış, viran qoymuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Bu İşğaldan sonra bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva edir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur.
Mahruzlu kəndinin layihələndirilən 197 hektar ərazisinin birinci mərhələdə 40 hektar ərazisində 190 evin tikintisi aparılır. Burada 836 sakinin məskunlaşması nəzərdə tutulur. Zilanlı kəndinin isə layihələndirilən 180 hektar ərazisinin birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Əminik ki, tezliklə Qubadlı rayonuda öz sakinləri ilə firavan günlərinə qovuşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31