İlham Əliyev Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırıldı". "Olaylar" xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov deyib: "O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu. Bu qələbələr Ümummilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür. Qələbə həm də Azərbaycan xalqının və dövlətinin birliyinin, inamının və sədaqətinin simvoluna çevrildi. Ordu quruculuğu istiqamətində əldə olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31