Azərbaycan-Türkiyə birliyi dünyada bənzərsizdir- ÖZƏL
12:59 Siyasət"Qardaş Türkiyə Cümhuriyyətinin 102-ci ili mübarək olsun! Türkiyə xalqını 29 Ekim Cumhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, qüdrətli bir millət, iki dövlət şüarı ilə daim uğurlara imza atmağımızı və müstəqil dövlətçilik yolunda əmin-amanlıqla irəliləməyi arzu edirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Bu əlamətdar gündə, ilk olaraq Türkiyə Cümhuriyyətinin qurucusu, Ulu Öndər Mustafa Kamal Atatürkü və onunla birlikdə Türk bayrağı və müstəqillik uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi dərin ehtiramla anırıq. Onların ruhuna Allahdan rəhmət diləyirik. Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu bu sarsılmaz dostluq və qardaşlıq yolu Azərbaycan-Türkiyə əlaqələrinin əbədi möhkəmliyinə zəmin yaradır.
Azərbaycan-Türkiyə qardaşlığı, Cənab Prezident İlham Əliyevin və Prezident Receb Tayyib Ərdoğanın qətiyyətli və uzaqgörən liderliyi ilə daha da qüvvətlənir. Böyük fəxarətlə vurğulayırıq ki, iki ölkə arasındakı bu birlik dünyada bənzərsizdir. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!"