"Bizim parlamentlərimiz arasında dostluq ruhu mövcuddur" -Nino Tsilosani

Bizim parlamentlərimiz arasında dostluq ruhu mövcuddur. 

Olaylar.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

Sədr müavini qeyd edib ki, istər Gürcüstan, istərsə də Azərbaycanda Konstitusiyanın qəbul olunması bütün dünyaya xalqlarımız müstəqilliyini, əzmini sübut edib:

"Biz 30 il ərzində ərazilərimizi bərpa etmiş, inkişaf etmiş, beynəlxalq əlaqələr qurmuş və sabitliyimizi təmin etmişik. Biz indi yeni əməkdaşlıqlar üzərində işləyirik. Bu qədər il keçsə də, hələ də müəyyən çağırışlarla qarşılaşırıq. Xarici siyasətçilərin başqa xalqların adından danışmasına şahid oluruq. Qanuni yolla seçilmiş başçılara qarşı bu cür əməllər törədirlir".

O sonda ölkəmizi yubiley münasibətilə təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31