"Azərbaycan və Özbəkistanın xalqları qədimdən dost olublar" - Əbdulhakim Eşmuratov

Azərbaycan və Özbəkistanın xalqları qədimdən dost olublar.

Olaylar.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

Ə.Eşmuratov qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri bu dostluğun sübutudur:

"Ölkələr arasındakı münasibətlər davamlı inkişaf etdirilir. Xüsusilə, gənc deputatlar və qadınların iştirakı dəstəklənir. Bu qardaşlıq münasibəti sadəcə iki dövlət yox, bütün dünyanın xeyrinə xidmət edir. Qardaş Azərbaycan həmişə çiçəklənsin, Azərbaycan-Özbəkistan dostluğu əbədi olsun!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31