"Azərbaycanın uğurları Türkiyədə də sevinclə qarşılanır" - Şamil Ayrım

"12 noyabr 1995-ci il Azərbaycan tarixində yeni başlanğıcın təməlinin qoyulduğu gündür".

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım bu gün keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında deyib.

Ş.Ayrım qeyd edib ki, müasir Azərbaycan öz regionunda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib:

"Konstitusiyanın hər maddəsi xalqın müstəqil yaşamaq arzusunu əks etdirməkdədir. 30 il əvvəl ümumxalq səsverməsi ilə qəbul edilmiş bu konstitusiya ancaq keçmişin deyil, həm də gələcəyin kompasıdır. Bu ildönümü bizə bir həqiqəti xatırladır ki, suverenlik ədalət yolu ilə yaşamaqla mümkündür. Bu münasibətlə mərhum ümumilli lider Heydər Əliyevi ehtiramla yad edirik.

Onun siyasətini davam etdirən prezident İlham Əliyevin qətiyyəti nəticəsində daha rahat, daha güclü olan Azərbaycanın uğurları Türkiyədə də sevinclə qarşılanır. R.T.Ərdoğan hər beynəlxalq tədbirdə Azərbaycanı yad etməmiş iclası başa çatdırmır. Bundan sonra da can Azərbaycan-Türkiyə münasibətləri davam etdiriləcəkdir. Yaşasın müstəqil Azərbaycan Respublilası, yaşasın Azərbaycan konstitusiyası!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31