Türkiyə haradadırsa, orada ədalət var- ÖZƏL
10:57 Siyasət"Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasından 102 il ötür. Qurtuluş savaşından dərhal sonra elan olunmuş Cümhuriyyət, böyük bir tarixi yol keçmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Uzun illər beynəlxalq təzyiqlər altında əzilməsinə, hər tərəfdən iqtisadi inkişafının qarşısının alınmasına rəğmən, müasir Türkiyə, hörmətli Rəcəb Tayyib Ərdoğan iqtidarında dünyada söz sahibinə, aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bu gün siyasi terminologiyada özünü təsdiq etmiş bir həqiqət var. Türkiyə haradadırsa, orada ədalət var. Bu gözəl bayram münasibətilə qardaş Türkiyə Cümhuriyyətini, bütövlükdə Türk Dünyasını təbrik edir, sülh, əmin-amanlıq, rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31