Artan hərbi-iqtisadi təzyiqlər Rusiyanı atəşkəsə məcbur edə bilər- ÖZƏL
28 Oktyabr 18:20 Siyasət"ABŞ Rusiyanın neft -qaz şirkətlərinə sanksiyalar tətbiq edib. Bu sanksiyalar noyabrın 24-də qüvvəyə minəcək. Rusiya prezidentinin köməkçisi Uşakov V. Putin və D. Tramp arasında görüş keçiriləcəyini qeyd edib. ABŞ sanksiyaları noyabrın 24-də qüvvəyə minməsi gözlənilir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Vladimir Putin çalışacaq ki, Donald Tranpla yenidən telefonla danışsın və görüş keçirsin. Təmas Xəttində Rusiya kifayət qədər itkilər verir. Moskvada strateji obyektlər Ukraynanın hədəfindədir.
D. Trampın Mərkəzi Asiya ölkələrinin liderlərini Vaşinqtona dəvət etməsi, Rusiya üçün mənfi iqtisadi perspektivlər vəd edir. Bu ilin axırına kimi Rusiya cəbhə xəttində irəliləyişlər əldə etməsə, ABŞ sanksiyaları işə düşəcəksə, V. Putin qoşunların təmas xəttində atəşkəs razılaşmasına gedə bilər. Bu atəşkəs Rusiya tərəfindən pozulub, hərbi əməliyyatlar növbəti mərhələdə davam etməsi mümkündür. Rusiya rəhbərliyi D. Trampın sərt sanksiyalardan və Ukraynaya raket göndərilməməsinə çalışır. 
Atəşkəsin əldə edilməsinə isə, Avropa ölkələri razı deyil. Buna baxmayaraq bu atəşkəs yeni imkanlara yol aça bilər.
Rusiya -Ukrayna müharibəsinin Cənubi Qafqaza və Mərkəzi Asiyaya ciddi təsirləri qalmaqdadır. Rusiyanın zəifləməsi fonunda rher iki region ölkələri öz siyasətlərini ABŞ-la kordinasiya edəcək. Bu da regionda yeni geosiyasi nizamın qurulması deməkdir".
 
    