BƏƏ Federal Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
28 Oktyabr 17:42 SiyasətBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Milli Məclisdən Olaylar-a bildirilib ki,
Heydər Əliyev Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31