“Kimlərin əli kimlərin cibindən”, kimlər də Ramizin siyahısından çıxır- ÖZƏL
12:32 Siyasət"Mehdiyev Rusiyaya yazdığı məktubunda özü haqqında dediyi epitetlərə, yüksək fikirlərə rəğmən, siyasi cəhətdən korafəhim olub. 26 il böyük post tutduğu dövlətin nəyə qadir, vəzifəsini itirdikdən cəmi bir il sonra bu dövlətin hansı gücə sahib olduğunu anlamayıb və öz idarəçiliyində ilişib qalıb". "Olayalar" xəbər veirir ki, bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanlı deyib: "Bunu düşünməyən Mehdiyev Azərbaycanı bəlkə də qəbilə dövləti sanırmış. Amma o, nə o zaman, nə də indi Azərbaycanın Jan Bedel Bokassa düşüncəsi daşıyan birinin dəyişiklik edəcəyi qəbilə dövləti olmadığını anlayıb.
Amma hazırladığı bütün ssenarilərin iflasa uğradığı bu illər ərzində bunu bilməliydi. "Boz kardinal" kimi barəsində solğun mif yaradılan bu adamın siyasi "əlliliyi" də ancaq market üçün yararlı əlilliyə bənzəyir. Yəni xərclik...
O sırada çoxlarının adı ehtimal olunur. Həmin siyahıda "mehdiyevçi müxalifət"dən tutmuş bir çox sabiq məmur və deputatlara, oliqarxlara qədər çoxlarının adı var. Bu adlar da zaman-zaman açılacaq və o zaman bütün ictimiyyət görəcək ki, "kimlərin əli kimlərin cibindən" və kimlər də Ramizin siyahısından çıxır...
Geniş aspektdən baxsaq görərik ki, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub çevriliş düşüncəsində olan şəxsin maklatur idiotizmidir. Özü də, o siyahısında olanlar da başa düşməyiblər... Ki, dövlət, onun sistemi, strukturları, kəşfiyyatı MAKLATUR SİYASƏTÇİyə çevriliş etməyə imkan verərdimi?
Yaxud qan və can bahasına müstəqillik əldə etmiş, torpaqlarını 30 illik işğaldan azad etmiş bu xalq etnik şübhəli kimliyi və qohumluğu olan bir şəxsə etimad edib onu dəstəkləyərdimi?"