İƏT-in Xankəndi sammiti gələcək perspektivlər üçün maraqlı təkliflərlə dolu idi – Pezeşkian
28 Oktyabr 11:40 Siyasətİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Azərbaycanın Xankəndi şəhərində keçirilən zirvə görüşü maraqlı və praktiki təkliflər toplusunun irəli sürüldüyü görüş idi.
Olaylar.az-ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin iclasında deyib.
Pezeşkian bildirib ki, İƏT iqtisadi həmrəylik üçün üzvlərinin bir neçə onillik səyinin varisidir və bu istiqamətdə diqqəti cəlb edəcək nailiyyətlər əldə edib.
İran Prezidenti əlavə edib ki, bununla belə hələ də saysız-hesabsız imkanlar mövcuddur. Xoşbəxtlikdən gələcək əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün üzvlər iradə nümayiş etdirirlər.
Xatırladaq ki, İƏT-in 17-ci sammiti iyul ayında Xankəndidə keçirilib.