Prezident İlham Əliyev Petr Paveli təbrik edib
28 Oktyabr 2025 11:16 SiyasətPrezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31