Pakistan İslam Respublikası Senatının sədri Azərbaycana səfər gəlib
10:16 SiyasətPakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31