Rumıniya Parlamenti Senatının sədri Azərbaycana səfərə gəlib

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31