Mirzoyan: İrəvan və Bakı "3+3" formatının növbəti görüşünün yeri ilə bağlı razılığa gəliblər

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", deyən nazirin sözlərinə görə, "3+3" formatı qonşu ölkələrlə münasibətlərin inkişafı kontekstində Ermənistan üçün vacibdir.

Xatırladaq ki, əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31