Azərbaycanın Təbrizə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
16:52 SiyasətTaleh Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31