Mirzoyan: "2026-cı İl planlarımız Azərbaycanla normalaşmadan daha genişdir, Türkiyə ilə səmərəli dialoq gözləyirik" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Xarici işlər naziri Ararat Mirzoyan bu gün, oktyabrın 27-də Milli Məclisdə "Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bəyan edib ki, ölkənin 2026-cı il planları və görülən işlər "Azərbaycanla münasibətlərin normallaşması və ya qurulmuş sülhün institusionallaşması ilə məhdudlaşmır, daha genişdir."

Mirzoyan Türkiyə ilə münasibətlər haqqında da danışıb: "Ən yüksək səviyyədən - Baş nazir Paşinyandan və Prezident Ərdoğandan, daimi nümayəndələrimizdən, xarici işlər nazirlərindən, XİN və digər qurumların komandalarından başlayaraq Türkiyəli tərəfdaşlarımızla çox intensiv dialoqumuz var."

Nazir bu dialoqu çox müsbət qiymətləndirdiyini və nikbin olduğunu ifadə edib: "Ümid edirəm ki, yaxın gələcəkdə biz bu istiqamətdə çox hiss olunan nəticələrə, nailiyyətlərə və razılaşmalara nail olacağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31