Türk Şurasının ən yüksək zirvəsi Şuşa Bəyannaməsidir- ÖZƏL

"Naxçıvanda əsası qoyulan Türk Şurası bu gün  inkişaf edir. Hesab edirəm ki, Türk Şurasının ən yüksək zirvəsi Şuşa Bəyannaməsidir. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsidir ki, Azərbaycan və Türkiyə ilə yanaşı digər türkdilli ölkələri də güclü birliyə dəvət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib: "Bu siyasətimizin uğurları digər qardaş türkdilli ölkələrin ortaq maraqlarına xidmət edir. Bunu Azərbaycanla Türkiyə öz siyasətləri ilə təsdiqləyirlər. Digər bir vacib məqam ondan ibarətdir ki, ölkələrimizin müstəqilliyinin möhkəmlənməsi bizi daha da birləşdirir. Yəni birimiz nə qədər güclüyüksə, digərimiz də o qədər güclənir. Vətən müharibəsində zəfərimizi birliyimiz sayəsində qazandıq. İlk dəfə idi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Həmin qətnamələri öz birliyimiz sayəsində icra etdik. Bundan sonra da, beynəlxalq hüququ həm masada, həm də savaşda müdafiə etməliyik. Düşünürəm ki, Azərbaycan və Türkiyə olaraq bundan sonra da gələcək uğurlarımız birliyimizdən asılı olacaq. Bizim siyasətimiz regionda və dünyada sülhə, sabitliyə və rifaha xidmət edir. Bu baxımdan, hesab edirəm ki, gələcəyimiz də  uğurludur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31