Türkiyədən Zəngəzur açıqlaması: Başladıq!
11:40 SiyasətZəngəzur dəhlizi Orta Dəhlizin potensialının artırılmasında əsas amil olacaq.
Olaylar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib.
Uraloğlunun sözlərinə görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun potensialından tam istifadə olunması tədbirləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni marşrutun açılması istiqamətində də zəruri addımlar atılır.
Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Qarsdan Naxçıvan sərhədinə qədər uzunluğu 224 kilometr olan yeni dəmir yolunun tikintisinə artıq başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31