İnanmaq istərdik ki, erməni cəmiyyəti kimlərinsə əlində alət rolundan xilas olacaq- ÖZƏL
11:11 Siyasət"Ermənistanın Cənubi Qafqazda müstəqil dövlət kimi varlığını sürdürmək istəyən bəzi erməni siyasətçilər, soyuq düşüncə sahibləri anlayır ki, "erməni soyqırımı" kimi uydurma firkilər böyük güclərə və ölkələrə öz məqsədlərinə nail olmaq üçün bir alətdir. Bu da nəinki erməni dövlətçiliyini, həm də erməni cəmiyyətini məhvə sürükləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Ona görə də "nə qədər gec ziyanın yarısından qayıtmaqda" fayda var düşüncəsinə uyğun olaraq erməni dövlətçiliyinin varlığını qorumaq və nəhayətində qonşuları ilə normal münasibətlər şəraitində yaşamaq istiqamətində addım atmağa cəhd etməkdədirlər. Əgər erməni cəmiyyəti bu cür xəstə düşüncədən xilas ola biləcəksə, ya öz dvölətlərinin varığını qoruyub dünyaya sıx inteqrasiya oluna biləsəklər, ya da təcrid şəraitində qalaraq özləri-özlərini məhvə sürükləyəcəklər. İnanmaq istərdik ki, erməni cəmiyyəti bu cür xəstə düşüncələrdən imtina edib kimlərinsə əlində alət rolundan xilas olacaqlar.
Bu arada Moskva yaxşı anlayır ki, müharibə nəticəsində öz ərazi bütövlüyü və suverenliyini bərpa edib qalib olan Azərbaycan Cənubi Qafqazda sülhün əldə edilməsi prosesində də qalib ölkədir. Ona görə, Rusiyanın istəklərini hədə yolu ilə bölgə ölkələrinə qəbul elətdirmək mümkün olmayacaq. Əlaqələr yalnız beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq bərabərhüquqlu səviyyədə qurmaq mümkündür. Bütün çətinliklərə baxmayaraq Cənubi Qafqazda istənilən sülh və sabitlik təmin olunacaq. Rusiya da başda olmaqla digər qüvvələr və ölkələr də sonunda Azərbaycanın yaratdığı bu reallıqla hesablaşmalı olacaqlar".