Fəzail Ağamalı ilə oğlu arasında dava düşdü
15:05 SiyasətAna Vətən Partiyasının bu gün keçirilən növbəti qurultayında gərgin anlar yaşanıb.
Teleqraf xəbər verir ki, gərginlik partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında baş verib.
"Ciddi xoşagəlməz vəziyyət yarandı. Partiyanın ünvanına təhdid və böhtanlar səsləndirildi. Sədrliyə namizədlərin hüquqları Elçin Ağamalı tərəfindən pozulduğuna görə qurultay yarımçıq saxlanıldı. Mən qeyri-müəyyən vaxta qədər fasilə elan etdim. Hazırda mən sədr olaraq qalıram", - Fəzail Ağamalı bildirib.
Xatırladaq ki, bundan öncə Fəzail Ağamalının deputat qızı Günay Ağamalını sədr seçmək istədiyi, ancaq qurultay üzvlərinin Elçin Ağamalıya səs verdiyi haqda məlumat yayılmışdı. E.Ağamalı da faktı təsdiqləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31