Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib
10:07 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı ölkənin Milli Günü münasibətilə təbrik edib.
Olaylar.az xəbər verir ki, bu barədə nnazirliyin "X" hesabında paylaşım edilib.
"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstana və onun xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan Qazaxıstan ilə tərəfdaşlığını yüksək qiymətləndirir və dostluq münasibətlərimizin daha da möhkəmlənəcəyinə ümid edir. Milli Gününüz mübarək!", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31