Putin Təhlükəsizlik Şurasının üzvlərini topladı

Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda terrorizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iclasda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov məruzə ilə çıxış edib.

"Bizim gündəlikdə bir əsas məsələ var. Biz bu məsələyə müxtəlif tərəflərdən yanaşmalıyıq. Söhbət terrorizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və təkmilləşdirilməsindən gedir", - Vladimir Putin vurğulayıb.

Rusiya lideri bildirib ki, iclasda bir neçə çıxış nəzərdə tutulub: "Lakin mən xahiş edərdim ki, bu mövzu üzrə əsas qurumun rəhbəri kimi Aleksandr Bortnikovdan başlayaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31