Zelenski XƏBƏRDARLIQ ETDİ: Putin görün nəyə HAZIRLAŞIR

Rusiya prezidenti Vladimir Putin bu qış Ukraynada humanitar fəlakət yaratmaq istəyir.

Musavat.com xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

Bu gün Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb.

BBC-nin məlumatına görə, Starmer qeyd edib ki, bu həftə Rusiya neft və qazına təzyiq göstərilməsində artıq mühüm addımlar atılıb.

Zelenski də görüş zamanı bildirib ki, Putin bu qış Ukraynada humanitar fəlakət yaratmaq niyyətindədir.

Eyni zamanda, Zelenski Britaniyada bir sıra görüşlər keçirib. O, Londonda NATO-nun baş katibi Mark Ruttenin də iştirak edəcəyi "İstəklilər Koalisiyası"nın iclasında iştirak edəcək. Prezident həmçinin Böyük Britaniya Kralı III Çarlz və bir gün əvvəl Fransa prezidenti Emmanuel Makronla da görüşüb.

Liderlər görüşlər zamanı müharibənin gedişatı, Rusiyaya qarşı artan təzyiqlər və Ukraynanın enerji infrastrukturuna son kütləvi zərbələrin nəticələrini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31