Deputatımız ATƏT-in tədbirinə qatılacaq

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev oktyabrın 27-də Avstriyanın  Vyana şəhərinə səfər edəcək.
Olaylar xəbər verir ki, millət vəkili səfər çərçivəsində ATƏT-in 2025-ci il İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə İcra iclasında iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31