Azərbaycan və Ermənistan arasında sülh prosesi istiqamətində mühüm nailiyyətlər müşahidə olunur - Şarl Mişel

Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesi istiqamətində mühüm nailiyyətlər müşahidə olunur.

Bunu Trend-ə bu gün Bakı Arbitraj Mərkəzinin açılışı çərçivəsində Belçikanın keçmiş baş naziri və Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel bildirib.

"Ötən vəzifəmdə olarkən mənim Azərbaycan və Ermənistan hakimiyyətləri ilə birgə çalışmaq, sülh prosesi ilə bağlı səyləri dəstəkləmək imkanım olub. Məhz buna görə də bu gün mən görürəm ki, əhəmiyyətli nəticələr əldə edilib və hər şey düzgün istiqamətdə irəliləyir", - deyə o qeyd edib.

Mişel qarşıdakı həftələr və aylar ərzində bu nailiyyətləri möhkəmləndirməyin mümkün olacağına ümidini ifadə edib.

"Bu region üçün daha sıx koordinasiya və əməkdaşlığın inkişafı son dərəcə vacibdir", - o əlavə edib.

Belçikanın sabiq hökumət başçısı Cənubi Qafqazın Avropa İttifaqı üçün strateji əhəmiyyətini vurğulayıb. "Bu, həmçinin bütövlükdə Aİ üçün çox mühüm regiondur, çünki infrastruktur və investisiya baxımından burada böyük potensial mövcuddur", - deyə o söyləyib.

Ş. Mişel, həmçinin, Bakıda yeni arbitraj mərkəzinin açılışını alqışlayaraq bunu özəl investorlar üçün güclü siqnal adlandırıb. "Bakıda arbitraj mərkəzinin açılması mübahisələrin ədalətli və səmərəli şəkildə həlli üçün effektiv mexanizmlərin mövcudluğunu nümayiş etdirir və bu, düzgün balansın qorunmasını təmin edir", - deyə o vurğulayıb.

Ş. Mişel həmçinin, Bakıda yeni arbitraj mərkəzinin açılışını alqışlayaraq bunu özəl investorlar üçün güclü siqnal adlandırıb. "Bakıda arbitraj mərkəzinin açılması mübahisələrin ədalətli və səmərəli şəkildə həlli üçün effektiv mexanizmlərin mövcudluğunu nümayiş etdirir və bu, düzgün balansın qorunmasını təmin edir", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31