Qazaxıstan Azərbaycana dəstəyini hər zaman hiss etdirib- ÖZƏL

"Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu gün Azərbaycan ilə Qazaxıstan arasında möhkəm təməllərə əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri dövlətlərarası sənədlərdə deyil, real həyatda da Qazaxıstan Azərbaycan Respublikasına dəstəyini hər zaman hiss elətdirib.
2004-cü ilin may ayında Astanada Azərbaycanla Qazaxıstanın strateji tərəfdaşlığı ilə bağlı "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. 2005-ci ilin may ayında Bakıda "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə", 2022-ci ilin avqust ayında isə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb. Qazaxıstanın ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduğu və bu istiqamətdə real addımlar atdığı oktyabrın 20-də ölkə Ptezidenti İlham Əliyevin dost ölkəyə rəsmi səfəri zamanı bir daha təsdiqlədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31