Azərbaycanın sülh təşəbbüsü yalnız kağız üzərində deyil- ÖZƏL
24 Oktyabr 11:21 Siyasət"30 illik işğaldan sonra Ermənistanla bütün nəqliyyat qadağalarının aradan qaldırılması bir daha göstərdi ki, Azərbaycanın sülh təşəbbüsü yalnız kağız üzərində deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Prezident İlham Əliyev Qazaxıstana səfərində olduqca mühüm bəyənatlar verdi. Məlum oldu ki, regionda sülhün bərqərar olmasında məqsədlər stratejidir və uzaq məqsədlərə hesablanıb. Kommunikasiyaların bərpası nəticəsində region dövlətlərinin iqtisadi potensialı artacaq, daşımaların dəyəri 17 faiz azalacaq. Həmçinin, Türk dünyasının inteqarasiyası sürətlənəcək. Nəzərə almaq lazımdır ki, uzun illər türk dünyasının uzaqlaşdırılması siyasəti həyata keçirilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31