"Azərbaycanın bu addımı Ermənistanın blokadadan çıxması deməkdir"
17:58 Siyasət"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı Ermənistanın tədricən blokadadan çıxması deməkdir".
Milli.Az-ın xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
"Tezliklə iqtisadiyyatımızın strukturunda köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına dair bəyanatı ətrafında müzakirələr gedir. Bu, çox mühüm qərardır və göstərir ki, Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar sadəcə bəyannamə deyil, bunlar konkret nəticələr verən bəyannamələrdir", - deyə Paşinyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31