Ramiz Mehdiyevin 8 il əvvəlki dəhşətli təklifi – Əgər Prezident bunu qəbul etsəydi…

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi təxminən 8 il öncə gündəmə gətirilib və prosesin arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanıb. O hesab edir ki, bu mövzunun parlamentə çıxarılması sıradan təşəbbüs olmayıb: Mehdiyevin dəstəyi ilə seçilmiş deputatlar vasitəsilə, Kremlin sifarişi ilə gündəmə gətirilib və nəbz yoxlaması xarakteri daşıyıb.

Bəs Azərbaycanın həmin vaxt KTMT-yə üzvlüyü mümkün idimi? Bu, nələrə səbəb ola bilərdi?

Globalinfo.az-a danışan Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü onda da mümkün deyil, indi də mümkün deyil:

"Birincisi, bir çox reallıq dəyişib. Lakin yenə də keçmişə nəzər yetirmək lazımdır. Məsələn, əvvəllər rəsmi Bakı KTMT-yə məsafə saxlayırdı və bunu işğal vəziyyəti ilə əsaslandırırdı. Yəni Bakı işğalçı dövlətlə - işğala məruz qalan dövlətin eyni hərbi təşkilatda fəaliyyətini düz hesab etmirdi. Düzdür, bu gün torpaqlarımız işğaldan azad edilib və Ermənistanla sülh sazişi danışıqları davam edir. Bununla belə Bakı çətin ki, KTMT-yə üzv olsun.

elxan sahinoglu 1

Elxan Şahinoğlu

Azərbaycan KTMT-yə üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaqdı. Bunu bizdən Moskva tələb edəcəkdi, haqlı da olacaqdı; bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir. 200 illik Rusiya əsarəti bizə yaxşı dərs olub.

Yəni çətin ki, biz bir də bu səhvi edək. Rusiyanın tərəfdaşları ilə hansı siyasətə üstünlük verdiyini biz yaxşı bilirik".

Tofiq zulfuqar0 900x518 1

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Azərbaycan 90-cı illərdə KTMT-yə üzv olmuşdu:

"Sadəcə, parlamentimiz bu qərarı ratifikasiya etmədi. Yəni biz üzvlüyü dayandırmışıq. Çünki Ermənistan həmin vaxt işğal siyasətindən çəkilmədi. İşğalçı ilə işğala məruz qalan eyni yerdə ola bilməz axı. Bu bizim mövqeyimiz idi. Həmin vaxt Qarabağ işğalda olduğu üçün KTMT-yə üzv ola bilməzdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31