Azərbaycan regionun xəritəsini dəyişir- ÖZƏL
13:18 Siyasət"Regionun siyasi və iqtisadi xəritəsi yenidən formalaşır. Bu xəritəni formalaşdıran amil məhz Azərbaycanın zəfəridir. Zəfər əldə etdikdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev olduqca dəqiq yanaşma orta qoydu ki, Cənubi Qafqazın inkişafı əməkdaşlıqdan geçir." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Şəbnəm HƏSƏNOVA deyib:"Bu gün daxili və xarici siyasətdə baş verən hadisələr üzvi sürətdə bir-birilə bağlıdır. Həm Azərbaycan, həm Ermənistan üçün. Bu gün həm də Zəngəzur dəhlizinin açılması aktual məsələlərdən biridir və dövlət başçımız Qazaxıstanda səfərdə olarkən bildirdi ki, Zəngəzur dəhlizi 2028-ci ildə açıla bilər. TRIPP layihəsinin reallaşması da qaçılmazdır. Bu, ona görə dəqiqdir ki, sözügedən layihəyə ABŞ Prezidenti Donald Trump öz adını verib. Deməli, hadisələrin inkişafı prosesi nə qədər yubadılmağa, ləngidilməyə çalışılsa da, digər tərəfdən bütün bu prosesləri önə aparmaq istiqamətində qətiyyətli addımlar atılır.
Bir tərəfdə, Azərbaycan Prezidentinin Qazaxıstandan verdiyi açıqlamalar, digər tərəfdən, praktiki addımların həyata keçirilməsi, yəni, Ermənistana daşınan yük məhdudiyyətlərinin aradan qaldırılması ilə Qazaxıstan taxılının daşınması onu göstərdi ki, Azərbaycan sülh gündəliyini praktikada tətbiq edir. Digər yandan, Milli Məclisin sədri hörmətli Sahibə Qafarova ilə Ermənistan Parlamentinin sədri Alen Simanyan arasında görüşlərin keçirilməsi, Azərbaycanlı ekspertlərin İrəvanda olması ondan xəbər verir ki, dövlətlər qədər, dövlət və hökumət institutları qədər, vətəndaş cəmiyyəti arasında da münasibətlər qurulur. Digər yandan, Nikol Paşinyan Tbilisidən müsbət fikirlər səsləndirdi ki, Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlər bərpa olunacaq və bununla bağlı əsaslı fikirlər dedi.
Paşinyanın fikirlərindən biz bu qənaətə gəldik ki, Ermənistan siyasi qədər, artıq həm də texniki məsələlərdə addımlar atacaq və bu istiqamətdə biz müəyyən irəliləyişlərin şahidi olacağıq. Digər yandan, Türk Dilli Dövətlər təşkilatının plus formatının yaradılması istiqamətində artıq fikir mübadiləsi aparılır, bu istiqamətdə addımlara şahidik ki, deməli, qeyd etdiyimiz regionun siyasi və iqtisadi xəritəsinin dəyişməsi davam edir. Buna mane olan qüvvələr var.
Həmin bu qüvvələr xalqların marağından və rifahı üzərindən deyil, sırf öz şəxsi maraqları və ambisiyaları üzərindən çıxış edir ki, bu da qəbulolunmazdır.
Avropadan Asiyaya və əks istiqamətdə yükdaşmalarının həcmi getdikcə artmaqdadır. Şübhəsiz ki, qarşılı iqtisadi əlaqələr və qarşılıqlı mübadilə xalqların daha dayanıqlı, sülh üzərində münasibətlərinin formalaşması deməkdir ki, bu da regiona sülhün və təhlükəsizliyin daha dayanıqlı əsaslarla gəlməsi deməkdir. "
İBRAHİM MƏMMƏDOV