Onda gərək heç bir dövlət nümayəndəsi başqa ölkəyə getməsin

"Əvvəla bizdə əsir yoxdur, müharibə cinayətlərində təqsirləndilən və hazırda mühakiməsi gedən erməni mənşəli şəxslər, bir də dövləti cinayətlərdə təqsirlədirlən Vardanyan var." Bu  fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyanın  "Onlar gələ bilər, biz ziyarət edə bilərik, mən də ziyarət edə bilərəm. Amma elə məsələlər var ki, ona qədər həll olunmalıdır, məsələn, məhbuslarla bağlı məsələ. Orada məhbuslar, əsirlər olduğu halda, mənim Azərbaycana səfərimi necə təsəvvür edirsiniz?"  sözlərinə  münasibət  bildirən  hüquq  müdafiəçisi  Sahib  Məmmədov  deyib: " Vardanyanın   da mühakiməsi gedir. Belədə də, onda gərək heç bir dövlət nümayəndəsi başqa ölkəyə getməsin. Məsələn bizim vətəndaşlarımız Qazaxstanda, Özbəkistanda Türkiyədə, Rusiyada cinayət məsuliyyətinə cəlb ediliblərsə, hazırda cəza çəkirlərsə və ya istintaq gedirsə, indi bizim rəsmi şəxslər o ölkəyə getməməlidir? Məntiq var?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31